KL: “Qarabağ”ı pley-offda kim gözləyir? - YENİLƏNİR
UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılacaq.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda avrokuboklarda mübarizəyə Avropa Liqasında başlayıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu iki oyunun nəticəsinə əsasən (3:0, 3:0) məğlub edib.
“Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. İki görüşün nəticəsi 0:0 hesablı heç-heçə ilə başa çatıb, penaltilər seriyasında isə rəqib 5:4 hesabı ilə qalib gəlib.
Bununla da Azərbaycan çempionu mübarizəni UEFA Konfrans Liqasında davam etdirir. Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki turnirdə pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/kl-qarabagi-pley-offda-kim-gozleyir-yenilenir.webp