La Liqada klubunu dəyişdi
“Sevilya” Madrid “Real”ının qapıçısı Fran Qonsalesi heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə Əndəlüs təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2031-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
21 yaşlı qolkiper ötən mövsüm “Real”ın əsas komandasının heyətində meydana çıxmayıb. O, əsasən “Kastilya”nın formasını geyinərək 28 oyunda iştirak edib və komandasının La Liqa 2-yə yüksəlmək uğrunda pley-off mərhələsinə qədər irəliləməsinə kömək edib.
Qeyd edək ki, Fran Qonsales İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib. O, 2024-cü ildə U-19 Avropa çempionu olub, 2025-ci ildə isə U-20 dünya çempionatında iştirak edib. Son bir ildə İspaniyanın U-21 millisində debüt edən qolkiper Avropa çempionatı-2027-nin seçmə mərhələsində 3 oyuna çıxıb.

https://qelebe.az//uploads/photo/la-liqada-klubunu-deyishdi.webp