Yoxlama matçı: "Qalatasaray" 90+3-də məğlubiyyətdən xilas oldu

Yoxlama matçı: "Qalatasaray" 90+3-də məğlubiyyətdən xilas oldu

Türkiyənin "Qalatasaray" klubu növbəti yoxlama oyununda Fransanın "Renn" komandası ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, gərgin keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

İstanbul təmsilçisinin qollarını 18-ci dəqiqədə Viktor Osimhen, 49-cu dəqiqədə Qabriel Sara və 90+3-cü dəqiqədə Barış Alper Yılmaz penaltidən vurub.

"Renn"in heyətində Emanuel Lepaul (27, 58, 61-p) het-trik edib.

Qeyd edək ki, “Qalatasaray” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Monza”ya 0:2, “Venetsiya”ya isə 0:3 hesabı ilə məğlub olmuşdu.