Portuqaliya Superkubokunun qalibi müəyyənləşib - 25-ci dəfə
Portuqaliya Superkubokunun qalibi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, həlledici görüşdə “Portu” ilə “Torrense” üz-üzə gəlib.
Matçın taleyini vurulan yeganə qol həll edib. “Portu”nun heyətində Viktor Frohold fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb.
Beləliklə, “Portu” tarixində 25-ci dəfə Portuqaliya Superkubokunun sahibi olub.

https://qelebe.az//uploads/photo/portuqaliya-superkubokunun-qalibi-mueyyenleshib-25-ci-defe.webp