İbrahim Həsənov dünya çempionluğu uğrunda xalçaya çıxacaq
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov bu gün qızıl medal uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən milli üzvü final görüşündə İran təmsilçisi Benyamin Mayvanla üz-üzə gələcək.
U-17 dünya çempionatına bu gün Milli Gimnastika Arenasında yekun vurulacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatını bürünc medalla başa vurublar.

https://qelebe.az//uploads/photo/ibrahim-hesenov-dunya-chempionlugu-ugrunda-xalchaya-chixacaq.webp