DÇ U17: Güləşçimiz ilk döyüşündə məğlub oldu
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Rəşid Nəzərov mübarizəyə məğlubiyyətlə başlayıb.
QELEBE.AZ xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Erik Papikyana 1:9 hesabı ilə uduzaraq yarışla erkən vidalaşıb.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/dch-u17-guleshchimiz-ilk-doyushunde-meglub-oldu.webp