"Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
İtaliyanın "Bolonya" klubu hücumçu Artem Dovbikin transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, Ukrayna millisinin üzvü A Seriyasının digər təmsilçisi "Roma"dan satınalma şərti ilə bir mövsümlük icarəyə götürülüb.
Bu keçidlə paralel olaraq "Roma" da "Bolonya"nın hücumçusu Santyaqo Kastronu heyətinə qatıb.
Paytaxt klubu argentinalı futbolçu üçün 33 milyon avro ödəyəcək. Müqavilədə əlavə 2 milyon avro bonus və futbolçunun gələcək satışından "Bolonya"ya 10 faiz pay verilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Artem Dovbik ötən mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 17 qol vurub, 5 məhsuldar ötürmə edib.
Santyaqo Kastro isə "Bolonya" forması ilə 44 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/quotbolonyaquot-ve-quotromaquotdan-hucumchu-barteri-dovbik-getdi-kastro-geldi.webp