Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
“Beşiktaş” yüksək səviyyəli klubdur. Burada mükəmməl məşq bazası və inanılmaz atmosfer var”.
QELEBE.AZ xəbər verir ki, bunu İstanbul təmsilçisinin baş məşqçisi Vinçentso İtalyano “La Gazzetta dello Sport”a açıqlamasında deyib.
İtaliyalı mütəxəssis azarkeşlərin dəstəyindən xüsusi danışıb:
“Azarkeşlər matçın ilk dəqiqəsindən komandaya təkan verirlər. Daha əvvəl belə çılğın mühiti nə görmüşdüm, nə də yaşamışdım”.
İtalyano “Fiorentina” və “Bolonya”dakı fəaliyyətinin karyerasında mühüm rol oynadığını bildirib:
“Fiorentina” və “Bolonya” mənə özümü göstərmək imkanı verdi. Bunun sayəsində “Beşiktaş” kimi böyük klubdan təklif almaq şansı qazandım”.
Qeyd edək ki, Vinçentso İtalyanonun “Beşiktaş”ı bu gün saat 21:00-da Danimarkada “Midtyulland”la üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/vinchentso-italyano-beshiktashi-terifledi-bele-atmosfer-gormemishdim.webp