KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Tərəflər arasında Estoniyada keçirilən ilk görüş “Payde”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20:00. “Zirə” – “Payde”
Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)
Stadion: Sumqayıt şəhər stadionu
İlk oyun: 0:1

https://qelebe.az//uploads/photo/kl-zire-sumqayitda-estoniya-klubuna-qarshi-yenilenir.webp