U-17 DÇ: Nəzrin Əhmədli 1/8 finalda məğlub oldu
Azərbaycan güləşçisi Nəzrin Əhmədli Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünü keçirib.
QELEBE.AZ xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Almaniya təmsilçisi Mədinə Bayramova ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Son xalı qazanan almaniyalı güləşçi qalib elan olunub.
Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək Milli Gimnastika Arenasında davam edəcək.

https://qelebe.az//uploads/photo/u-17-dch-nezrin-ehmedli-18-finalda-meglub-oldu.webp