U-17 DÇ: Bu gün Azərbaycanın 8 güləşçisi xalçaya çıxacaq

U-17 DÇ: Bu gün Azərbaycanın 8 güləşçisi xalçaya çıxacaq

Bakıda keçirilən U-17 dünya çempionatında bu gün yarışın üçüncü gününün qarşılaşmaları baş tutacaq.

Apasport.az xəbər verir ki, günün ilk yarısında qızların mübarizəsinə start veriləcək. Azərbaycan yığmasının 5 üzvü xalçaya çıxacaq. Axşam sessiyasında isə yunan-Roma güləşi üzrə iki təmsilçimiz qızıl, ikisi isə bürünc medal uğrunda güləşəcək.

Azərbaycan güləşçilərinin proqramı

10:30

  • 92 kq, təsəlliverici görüş: Z. Səfərov – A. Mehritalarpoşti (İran)
  • 57 kq, təsnifat: Q. Quliyeva – D. Qisler (İsveçrə)
  • 65 kq, təsnifat: R. Nuriyeva – S. Muniz (Meksika)
  • 43 kq, 1/8 final: V. Orucova – V. Harşan (Rumıniya)
  • 49 kq, 1/8 final: N. Əhmədli – M. Bayramova (Almaniya)

18:00

  • 45 kq, final: Ə. Cavadlı – R. Vaks (ABŞ)
  • 51 kq, final: A. Hüseynli – B. Həsənov (Özbəkistan)
  • 60 kq, bürünc medal görüşü: E. Çərkəzov – P. Tsentidis (Yunanıstan)

Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 3-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.