DÇ: Əli Cavadlı finala yüksəldi - İranlı rəqibi görüşə çıxmadı

DÇ: Əli Cavadlı finala yüksəldi - İranlı rəqibi görüşə çıxmadı

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.

QELEBE.AZ xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimizin yarımfinaldakı rəqibi, İran təmsilçisi Esmaeili görüşə çıxmadığı üçün Əli Cavadlı birbaşa həlledici mərhələyə yüksəlib.

Təmsilçimiz sabah qızıl medal uğrunda final görüşünə çıxacaq.

Qeyd edək ki, Əli Cavadlı mundiala 1/8 finalda Bolqarıstan təmsilçisi Oqnyan Burqazov üzərində 9:0, 1/4 finalda isə Gürcüstan güləşçisi Luka Bolkvadze qarşısında eyni hesablı qələbə ilə başlayıb.