Elmir Çərkəzov dünya çempionatında 1/4 finala yüksəldi

Elmir Çərkəzov dünya çempionatında 1/4 finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti mərhələyə adlayıb.

QELEBE.AZ xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Almaniya təmsilçisi Kristiano Libtsaytı 1:1 hesablı bərabərlikdən sonra sonuncu xal prinsipinə əsasən məğlub edərək 1/4 finala yüksəlib.

Çərkəzov buna qədər təsnifat mərhələsində qazaxıstanlı Nurali Askar üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.