Premyer Liqa klubunda ciddi itki

Premyer Liqa klubunda ciddi itki

“Aston Villa” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Yan Matsen sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın IV turunda “Nottingem Forest”lə matçda (1:2) ağır zədə alan arxa xətt oyunçusu 8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Yan Matsen bu mövsüm çempionatda 4 matça çıxıb.