Ronaldo “Əl-Nəsr”də ən ağır məğlubiyyətini yaşadı

Ronaldo “Əl-Nəsr”də ən ağır məğlubiyyətini yaşadı

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda ən ağır məğlubiyyətini alıb.

QELEBE.AZ xəbər verir ki, portuqaliyalı hücumçunun komandası AFC Çempionlar Liqasının ilk turunda “Əl-Ayn”a 0:4 hesabı ilə uduzub.

Ronaldo sonuncu dəfə dörd top fərqi ilə 2022-ci ildə “Mançester Yunayted”də çıxış edərkən məğlub olub. İngiltərə təmsilçisi həmin il “Brentford” və “Brayton”la görüşlərdə eyni fərqlə uduzub.

Bunadək 41 yaşlı futbolçunun “Əl-Nəsr”də ən ağır məğlubiyyətləri “Əl-Hilal”la matçlarda qeydə alınıb. Onun komandası Səudiyyə Ərəbistanı çempionatında 0:3, ölkə Superkubokunda isə 1:4 hesabı ilə rəqibinə məğlub olub.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.