Kamran Zeynalov Dünya Kubokunun qalibi olub

Kamran Zeynalov Dünya Kubokunun qalibi olub

Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Dünya Kubokunda qızıl medal qazanıb.

Apasport.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə dünya və Avropa çempionumuz 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışında uğur qazanıb.

Kamran Zeynalov final mərhələsində 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

İyulun 27-29-da keçirilən yarışda Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva təmsil edir.

Turnirin növbəti günlərində Kamran Zeynalov və Rafiq Əliyev kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş (P1), Aybəniz Babayeva qadınlar arasında eyni məsafə üzrə (P2), Kamran Zeynalov və Aybəniz Babayeva isə qarışıq komanda (P6) yarışında mübarizə aparacaqlar.