DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO
2026-cı il dünya çempionatında vurulan ən yaxşı qolun müəllifi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, bu ada Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabral layiq görülüb.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Kabralın Argentina ilə keçirilən 1/16 final oyununda vurduğu qol turnirin ən yaxşısı seçilib. Onun 103-cü dəqiqədə fərqlənməsi Kabo-Verde yığmasına hesabı 2:2 etməyə imkan verib. Lakin komanda əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə uduzub.
Ən yaxşı qol seçimində ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü pilləni isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.
Qeyd edək ki, iyulun 19-da başa çatan mundialın qalibi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.

https://qelebe.az//uploads/photo/dch-2026-en-yaxshi-qolun-muellifi-belli-oldu-video.webp