Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
PSJ və "Yuventus" "Parma"nın qapıçısı Zion Suzukinin transferi üçün danışıqlar aparır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Fransa çempionu yaponiyalı qolkiperi gələcək üçün sərmayə kimi qiymətləndirir. Lakin Paris təmsilçisi ona əsas heyətdə müntəzəm oynamaqla bağlı təminat vermir.
"Yuventus" isə Emiliano Martinesin transferi baş tutmayacağı təqdirdə, Suzukini əsas qapıçı kimi heyətə cəlb etmək niyyətindədir. Bildirilir ki, futbolçu bu varianta müsbət yanaşsa da, "Parma" hələlik transfer üçün razılıq verməyib.
Qeyd edək ki, 23 yaşlı Zion Suzuki ötən mövsümdən "Parma"nın formasını geyinir və Yaponiya millisinin əsas qapıçısı hesab olunur.

https://qelebe.az//uploads/photo/suzuki-ugrunda-yarish-psj-ve-quotyuventusquot.webp