DÇ: Güləşçimiz mübarizəni dayandırıb
Azərbaycanın yunan-Roma güləşçisi Emin Baxşəliyev Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, 110 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Serbiya təmsilçisi Andrey Simiçlə qarşılaşıb.
Gərgin keçən görüşdə Baxşəliyev 3:4 hesabı ilə məğlub olaraq yarışla erkən vidalaşıb.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir və avqustun 2-dək davam edəcək.

https://qelebe.az//uploads/photo/dch-guleshchimiz-mubarizeni-dayandirib.webp