Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı

Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı

"Fənərbaxça"nın "Milan"ın vingeri Rafael Leao üçün hazırladığı təklifin detalları bəlli olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin iddiasına görə, İstanbul təmsilçisi portuqaliyalı futbolçuya illik 8 milyon avro maaş təklif edib. Bundan əlavə, müqavilədə müəyyən bonuslar da yer alıb.

Belə ki, Leao mövsüm ərzində 20-dən çox oyunda meydana çıxacağı halda 1,5 milyon avro, 15 qol vuracağı təqdirdə daha 1,5 milyon avro qazanacaq. "Fənərbaxça" Super Liqa çempionu olarsa, futbolçuya əlavə 1 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən "Milan"ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 50 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə edib.