"Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək

"Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək

"Beşiktaş"dan ayrılan Amir Hacıahmetoviçin yeni klubu bəlli olub.

QELEBE.AZ xəbər verir ki, bosniyalı yarımmüdafiəçi "Ludoqorets"lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 29 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş" Amir Hacıahmetoviçi 2023-cü ildə "Konyaspor"dan transfer etmişdi.