"Beşiktaş"dan ayrılan Amir Hacıahmetoviçin yeni klubu bəlli olub.
QELEBE.AZ xəbər verir ki, bosniyalı yarımmüdafiəçi "Ludoqorets"lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 29 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Beşiktaş" Amir Hacıahmetoviçi 2023-cü ildə "Konyaspor"dan transfer etmişdi.