ÇL: "Sabah"ı növbəti mərhələdə hansı rəqiblər gözləyir? - YENİLƏNİR
Azərbaycan klublarının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri bu gün müəyyənləşəcək.
QELEBE.AZ xəbər verir ki, ilk olaraq UEFA Çempionlar Liqasında bu raundun püşkü atılacaq.
Bakı vaxtı ilə saat 14:00-da start götürəcək tədbirdə “Sabah” səpələnməmişlər səbətində yer alacaq. “Bayquşlar” II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-la qarşılaşacaq.
“Sabah”ın III təsnifat mərhələsindəki potensial rəqibləri bunlardır:
“Larne” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“İberiya” (Gürcüstan) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi
“Eqnatiya” (Albaniya) – “Sele” (Sloveniya) cütünün qalibi
“Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan) cütünün qalibi

https://qelebe.az//uploads/photo/chl-quotsabahquoti-novbeti-merhelede-hansi-reqibler-gozleyir-yenilenir.webp