Ferran Torres: "Messi olanda həmişə gərginlik hiss olunur"

Ferran Torres: "Messi olanda həmişə gərginlik hiss olunur"

İspaniya millisinin hücumçusu Ferran Torres DÇ-2026-nın finalında Argentinaya vurduğu qoldan və komandasının çempionluğundan danışıb.

QELEBE.AZ xəbər verir ki, 26 yaşlı futbolçu uğurun bütün ölkəyə məxsus olduğunu bildirib.

"Bu qolun sahibi mən yox, 47 milyon ispaniyalıdır. Taleyimizdə bu çempionluq yazılmışdı, hər şey qələbə qazanmağımız üçün idi.

Hər final çətin keçir. Amma rəqib komandada Messi olanda həmişə əlavə gərginlik hiss olunur. Buna baxmayaraq, biz öz gücümüzə inandıq və bunu bir daha sübut etdik.

Qol vurandan sonra üzərimdən böyük yük götürüldü. Dünya çempionatı ərzində çox tənqid olunurdum. Amma taleyim əvvəlcədən yazılmışdı. Tanrıya şükür edirəm ki, mənə hər zaman davam etmək üçün güc verir. Dediyim kimi, Tanrı neməti ona layiq olana verir.

Argentina məhz sərt oyun planı seçmişdi. Xüsusilə də onların futbolçularından biri qırmızı vərəqə aldıqdan sonra vəziyyət daha da çətinləşdi. Amma mən soyuqqanlılığımı qorudum" - deyə Torres bildirib.