“Napoli”nin sabiq futbolçusu II Liqa klubunda - RƏSMİ
İtaliyalı hücumçu Lorenzo İnsinye karyerasını “Sampdoriya”da davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, Genuya təmsilçisi sabiq “Napoli” futbolçusunun transferini rəsmən açıqlayıb.
34 yaşlı oyunçu ilə 2027-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd edək ki, İnsinye bu ilin yanvar ayından “Peskara”nın formasını geyinirdi. Komanda ötən mövsüm Serie B-ni sonuncu pillədə başa vurub. Təcrübəli futbolçu həmin müddətdə keçirdiyi 13 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/napolinin-sabiq-futbolchusu-ii-liqa-klubunda-resmi.webp