“Latsio”dan müdafiəçi transferi - Rəsmi
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Roma təmsilçisi Alfonso Pedrasanı transfer edib.
30 yaşlı müdafiəçi “Latsio”ya azad agent kimi keçib. İspaniyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pedraza daha əvvəl 15 il “Vilyarreal”da çıxış edib. O, ötən mövsüm La Liqada 27 matça çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/latsiodan-mudafiechi-transferi-resmi.webp