UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
UEFA “Fənərbaxça” klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisinə 7 milyon avro məbləğində pul cəzası kəsilib.
Buna səbəb klubun 2025-ci il üzrə heyət xərclərinin UEFA-nın müəyyən etdiyi həddi aşması olub.
Bildirilir ki, “Fənərbaxça” heyət xərcləri nisbətini 70 faizdən yuxarı göstərərək UEFA-nın heyət xərcləri qaydasını pozub.
Qeyd edək ki, UEFA-nın maliyyə davamlılığı qaydalarına əsasən, klubların heyət xərclərinin gəlirlərə nisbəti müəyyən olunmuş həddi keçməməlidir.
2025-ci il üçün bu limit 70 faiz təşkil edir.

https://qelebe.az//uploads/photo/uefa-dan-fenerbaxchaya-ceza-maliyye-qaydasi-pozuldu.webp