Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
Portuqaliya millisinin K qrupunu 2-ci pillədə başa vurması DÇ-2026-da mümkün Argentina - Portuqaliya qarşılaşmasının yolunu dəyişib.
QELEBE.AZ xəbər verir ki, bu nəticədən sonra iki komandanın 1/4 finalda üz-üzə gəlmək ehtimalı aradan qalxıb.
Argentina və Portuqaliya turnirdə yalnız finala qədər irəliləyəcəkləri halda qarşılaşa bilərlər.
Qeyd edək ki, Portuqaliya 1/16 finalda Xorvatiya ilə üz-üzə gələcək. Argentina isə pley-offun ilk mərhələsində Kabo-Verde ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/messi-ronaldo-dueli-texire-dushdu-yalniz-finalda-uz-uze-gele-bilerler.webp