Misirin rəqibi bəlli oldu - Avstraliya ilə 1/8 uğrunda
DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, Misir millisi pley-offun ilk mərhələsində Avstraliya ilə üz-üzə gələcək.
Misir G qrupunu 2-ci pillədə başa vuraraq 1/16 finala vəsiqə qazanıb. Avstraliya isə D qrupunda ABŞ-dan sonra ikinci yeri tutaraq pley-offa yüksəlib.
Qeyd edək ki, Misir - Avstraliya qarşılaşması iyulun 3-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/misirin-reqibi-belli-oldu-avstraliya-ile-18-ugrunda.webp