Qeye şou göstərdi - Matçın oyunçusu seçildi
Seneqal millisinin yarımmüdafiəçisi Pape Qeye fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın I qrupunda İraqa qarşı keçirilən görüşün ən yaxşı futbolçusu seçib.
Pape Qeye matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Seneqalın 5:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, Seneqal İraqı 5:0 hesabı ilə məğlub etsə də, I qrupunu 6 xalla 3-cü pillədə başa vurub.

https://qelebe.az//uploads/photo/qeye-shou-gosterdi-matchin-oyunchusu-sechildi.webp