DÇ matçında qəribə hadisə: Meydanda su borusu partladı
Futbol üzrə dünya çempionatında bu gün keçirilən oyunlardan biri qəribə hadisə ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, İraq – Norveç matçında gözlənilməz hadisə yaşanıb.
Qarşılaşma zamanı meydançanın mərkəzindən keçən su borusu partlayıb. Hadisə rəsmilərdə qısa müddətlik çaşqınlıq yaradıb.
Buna baxmayaraq, görüş baş tutub və Norveç millisi İraq üzərində 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, qarşılaşma DÇ-2026-nın I qrupu çərçivəsində keçirilib.

https://qelebe.az//uploads/photo/dch-matchinda-qeribe-hadise-meydanda-su-borusu-partladi.webp