Sənan Qurbanov: "Qarabağ"da sıxıntılar var"

Sənan Qurbanov: "Qarabağ"da sıxıntılar var"

"Qarabağ"da sıxıntılar var. Sabahkı matçda çərçivəni kimin qoruyacağı hər kəs kimi məni də narahat edir".

Bunu "Report"a açıqlamasında "Qəbələ" və "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov Ağdam təmsilçisinin Bakıda Belçikanın "Gent" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis hazırda "köhlən atlar"ın bu mövqedə çox alternativinin olmadığını bildirib: "Qapı xəttində böyük çatışmazlıq var. Bu, Azərbaycan Premyer Liqasında da görsənir. Şahruddin Məhəmmədəliyevin olmamağı problemə çevrilib. Ümid edirəm ki, Konfrans Liqasında eyni hal yaşanmayacaq. Avropa komandaları əllərinə düşən fürsətləri maksimum dəyərləndirirlər. Gənc qapıçı Amin Ramazanova şans verilsə, bir az həyəcan da olacaq. Həm də o, ilk dəfə avrokubok maçtına çıxacaq".

Qurbanov oyunçuların Bakıdakı qarşılaşmaya motivasiya ilə çıxacaqlarını sözlərinə əlavə edib: "Futbolçular canla-başla mübarizə aparacaqlar. İnanıram ki, mərhələni təmsilçimiz keçəcək. Amma şanslar bərabərdir. "Sabah"la çempionatdakı matçda yaxşı çıxış etdiklərini gördük, amma qalib gələ bilmədilər. Avrokubok isə tam fərqli olacaq və yeni oyunçular da komandaya kömək etməyə çalışacaqlar".

Sabiq baş məşqçi ölkədəki futbolsevərlərin bu görüşü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb: "Ölkə çempionunun avrokuboklardakı son matçından sonra uzun fasilə olub. Hər kəs komandadan uğurlu nəticə gözləyir. Ümid edirəm ki, "Qarabağ" azarkeşləri sevindirəcək və ölkəni yaxşı təmsil edəcək. Amma nəzərə almalıyıq ki, heyətdə itkilər var. Kvabena Ovusu Macarıstan "Ferentsvaroş"una, Kadi Borges isə Rusiya "Krasnodar"ına keçib. Onlar son avrokubok qarşılaşmalarında uğurlu çıxış etmişdilər. Yeni transferin tam uyğunlaşmadığı çempionat oyunlarında görünür. Hazırda istənilən formada deyillər".

Mütəxəssis səfər qolu üstünlüyünün ləğv olunduğu üçün heç-heçənin də yaxşı nəticə sayıla biləcəyini deyib: "Futbolçuların bu görüşə hansı formada çıxması çox önəmlidir. Çünki komandanın evdə heç-heçə oynayıb səfərdə parlaq qələbə ilə turu keçdiyi vaxt olub. Artıq doğma meydan amili çox da böyük önəm kəsb etmir. Lakin futbolçular azarkeşlərin önündə motivasiyalı olurlar. Amma artıq səfər və ev amilində böyük fərq yoxdur".

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni, "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni, "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

Futbol
Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Futbol
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib