Taleh Nəsibov: "Azərbaycan çempionatında iştirak etmək istəyən komandalar çoxdur"

Taleh Nəsibov: "Azərbaycan çempionatında iştirak etmək istəyən komandalar çoxdur"

"Azərbaycan çempionatında iştirak etmək istəyən komandalar çoxdur".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Taleh Nəsibov 2022/2023 mövsümünün püşkatma mərasimində deyib.

O, bəzi komandaların müəyyən kriteriyalara cavab vermədiyini bildirib: "Federasiya olaraq hər il olduğu kimi yenə daha da təkmilləşməyə doğru gedirik. Komandaları və oyunçuları daha da peşəkar etmək niyyətindəyik. Düşünürəm ki, gələn il çempionatın iştirakçıları daha da çox olacaq. Federasiyanın işlərində fərqli yanaşmalar görəcəyik. 2023-cü ildə birinci və ikinci liqaların da olmaq ehtimalı var".

Nəsibov yarışda ilk iki yeri tutanların UEFA Çempionlar Liqasında, üçüncü yerin sahibininin isə Avroliqada ölkəni təmsil edəcəyini xatırladıb: "Əvvəl belə hal yox idi. Bu, həm bizim reytinqimizə uyğundur, həm də komandalarımızın peşəkarlıq səviyyəsinin yüksək olması deməkdir. İstəyirik ki, Azərbaycan klublarından hansısa biri Çempionlar Liqasının kubokunu ölkəmizə gətirsin".

Bütün qarşılaşmaların eyni meydançada gerçəkləşəcəyini diqqətə çatdıran federasiya prezidenti bildirib ki, peşəkar futboldan uzaqlaşan şəxs bir il sonra AMF-in yarışına qatıla bilər.

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"

Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"

Futbol
Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Futbol
Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib