Rəsmi: Joze Mourinyo “Real Madrid”ə qayıtdı
“Real Madrid”in yeni baş məşqçisi bəlli olub.
QELEBE.AZ xəbər verir ki, Madrid klubu Joze Mourinyonun baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.
Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Mourinyo 2026/27 mövsümündən etibarən komandanı çalışdıracaq.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real Madrid”in baş məşqçisi olub.

https://qelebe.az//uploads/photo/resmi-joze-mourinyo-real-madride-qayitdi.webp