Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri
"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar.
Bu barədə klubun mətbuat xidmətindən "apasport"a məlumat verilib.
Belə ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, komandanın qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb.
Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb.
Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

https://qelebe.az//uploads/photo/ugurcan-chakirin-ardinca-koxalski-chl-da-quotqarabagquot-izleri.webp