FHN-in qurumları arasında minifutbol çempionatı keçirilib

FHN-in qurumları arasında minifutbol çempionatı keçirilib

18-22 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun açıq hava stadionunda Nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 12 komandasından 130-a yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Rasim Əlizadə olub.

Mayın 22-də yarışlara yekun vurulub və mükafatlandırma mərasimi keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkəmizdə dövlət səviyyəsində idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə Mülki müdafiə qoşunlarının komandası Bakı Regional Mərkəzinin (BRM) komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn XRXX-nin komandası yarışın çempionu adına yiyələnib.

Çempionatda ən yaxşı qapıçı Fərid Ağayev (XRXX), ən çox qol vuran oyunçu Elvin Şükürov (XRXX), əzmkar komanda isə Bakı Regional Mərkəzinin komandası olub.

Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Rasim Əlizadə, Fəqan Şahbazov, Azad Lalayev və Nihat Əmirli, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

Futbol
"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

Futbol
İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Futbol
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək