"Neftçi"ni avrokuboklarda gözləyən rəqiblər: GENİŞ SİYAHI
“Neftçi” iki illik fasilədən sonra yenidən Azərbaycanı avrokuboklarda təmsil edəcək.
“Ağ-qaralar” dünən “Sabah”ı məğlub (2:1) edərək Premyer Liqada 4-cü pilləni rəsmiləşdirib. Komanda bununla da Konfrans Liqasında iştirak hüququ qazanıb.
Təmsilçimiz mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Aktivində 6.000 xal olan “Neftçi” səpələnmişlər səbətində yer alacaq.
Komandanın potensial rəqiblərinin böyük əksəriyyəti bəlli olub.
“Apasport” siyahını təqdim edir:
Konfrans Liqası
I təsnifat mərhələsi
“Neftçi”nin potensial rəqibləri
İlves (Finlandiya) – 3.500
“Santa Koloma” (Andorra) – 3.500
“Konna Qey” (Uels) – 3.500
“Bohemians” (İrlandiya) – 3.468
“Styarnan” (İsrail) – 3.304
“Avropa” (Cəbəllütariq) – 3.000
“İnter Turku” (Finlandiya) – 2.800
“Malişeva” (Kosovo) – 2.797
“Yelimay” (Qazaxıstan) – 2.750
“Hegelmann” (Litva) – 2.000
“Penibont” (Uels) – 2.000
“Runavik” (Farer Adaları) – 2.000
“Glentoran” (Şimali İrlandiya) – 2.000
“Marsaşlokk” (Malta) – 1.800
“Nomme Kalyu” (Estoniya) – 1.641
Albaniya çempionatının üçüncüsü – 1.625-2.500
“Karnarvon Taun” (Uels) – 1.500
Lüksemburq çempionatının ikincisi – 1.325-2.500
Qeyd edək ki, Konfrans Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/quotneftchiquotni-avrokuboklarda-gozleyen-reqibler-genish-siyahi.webp