"Biləsuvar" Region Liqasında 3-cü oldu

"Biləsuvar" Region Liqasında 3-cü oldu

AFFA Region Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, "Biləsuvar" komandası turnirin bürünc mükafatçısı olub.

Bölgə təmsilçisi Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada "Şəfəq"i 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, final matçı da bu gün baş tutacaq. "Zəngəzur" - "Marafon" görüşü saat 16:00-da başlayacaq.