Ehtiram Şahverdiyev Sumqayıtda fərqləndi
Misli Premyer Liqasının XXXII turu Ehtiram Şahverdiyev üçün əlamətdar olub.
QELEBE.AZ xəbər verir ki, “Kəpəz”in futbolçusu turnirdə 200-cü oyununu keçirib.
Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib.
O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə “Qəbələ” forması ilə debüt edən Şahverdiyev 4 klubda çıxış edib.
Ehtiram “Kəpəz”də daha çox – 96 matça (3 qol) çıxıb. O, “Sumqayıt”da 43 (1 qol), “Qəbələ”də 35 (1 qol), “Turan Tovuz”da 26 (1 qol) dəfə meydana çıxıb.

https://qelebe.az//uploads/photo/ehtiram-shahverdiyev-sumqayitda-ferqlendi.webp