“Qarabağ” - “İmişli” matçının biletləri satışa çıxarılır
Futbol üzrə Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “İmişli” oyununun biletləri satışa çıxarılır.
QELEBE.AZ xəbər verir ki, biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az platforması vasitəsilə onlayn satışda olacaq.
Qiymətlər sektorlara uyğun olaraq 5-20 manat aralığında dəyişir.
Oyun günü azarkeşlər biletləri həm stadionun kassalarından, həm də onlayn şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, mayın 16-da keçiriləcək qarşılaşma saat 17:00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda start götürəcək.

https://qelebe.az//uploads/photo/qarabag-imishli-matchinin-biletleri-satisha-chixarilir.webp