Emin Mahmudov bunu bacaran ikinci oyunçu oldu
Misli Premyer Liqasında 2025/26 mövsümünün ən erkən qollarından biri vurulub.
QELEBE.AZ xəbər verir ki, XXXI turun “Neftçi” – “Şamaxı” matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.
Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb.
2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

https://qelebe.az//uploads/photo/emin-mahmudov-bunu-bacaran-ikinci-oyunchu-oldu.webp