Kapitan gəmini tərk edəcək? - "Neftçi"dən Emin Mahmudov qərarı
“Neftçi”də Emin Mahmudovun taleyinə aydınlıq gəlib.
“Apasport”un əldə etdiyi məlumata görə, klub rəhbərliyi kapitanla yolları davam etdirmək niyyətindədir.
Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar müsbət yekunlaşıb.
Yarımmüdafiəçi özü də karyerasını Bakı təmsilçisində davam etdirmək fikrindədir. O, hətta futbolçu həyatını “ağ-qaralar”ın heyətində bitirmək qərarındadır.
Mahmudovun “Neftçi” ilə hazırkı müqaviləsi yayda başa çatacaq. Tərəflər daha 2 illik sözləşməyə imza atacaqlar. Bunun 1+1 formatında olacağı gözlənilir.
Qeyd edək ki, Emin 2017-ci ildən “ağ-qaralar”ın heyətində çıxış edir.

https://qelebe.az//uploads/photo/kapitan-gemini-terk-edecek-quotneftchiquotden-emin-mahmudov-qerari.webp