"Trabzonspor"un müdafiəçisi əməliyyat olunub
“Trabzonspor”un müdafiəçisi Arseni Botaqov əməliyyat olunub.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçunun sağ dizindən cərrahi müdaxiləyə ehtiyac duyulub.
Ukraynalı oyunçunun nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Botaqov 2024-cü ildən “Trabzonspor”da çıxış edir.

https://qelebe.az//uploads/photo/quottrabzonsporquotun-mudafiechisi-emeliyyat-olunub.webp