Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO

Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO

İspaniyanın Roquetas de Mar şəhərində 20-ci ICCD Eşitmə məhdudiyyətlilər Dünya Şahmat Çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, dünyanın 27 ölkəsindən 200-dən çox iştirakçının qatıldığı yarışda ölkəmizi deflimpiyaçı şahmatçılarımız Əhəd Əfəndiyev və Rüfət Nəcəfov təmsil edirlər.

Qeyd edək ki, mayın 15-dək davam edəcək bu nüfuzlu turnir beynəlxalq səviyyədə eşitmə məhdudiyyətli idmançıların ən əhəmiyyətli zəka yarışı hesab olunur.