Ayxan Abbasov: “Bu, oyunun qırılma anı idi”
Misli Premyer Liqasının XXX turunda "Sabah" "Şamaxı"nı məğlub edib - 3:0.
Apasport.az xəbər verir ki, matçdan sonra "münəccimlər"in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəklərinə görə minnətdaram. David Sezarın zədələnməsi oyunun qırılma anı idi. Ciddi itkilərimiz var idi. Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyun var, mövsümü yaxşı bitirməyə çalışacağıq”.

https://qelebe.az//uploads/photo/ayxan-abbasov-bu-oyunun-qirilma-ani-idi.webp