Jorj Kaşkilya: “I Liqadan gəlib bu qədər xal yığmaq asan deyil”
Misli Premyer Liqasının XXX turunun "Araz-Naxçıvan" - "İmişli" matçından (0:1) sonra qonaqların baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:
"Oyunçularımı və bütün komandamı təbrik etmək istəyirəm. Bugünkü qalibiyyətlə Premyer Liqada qalmağımızı 99 faiz təmin etmişik. Bir komanda üçün 1-ci Liqadan gəlib bu qədər xal yığmaq asan deyil. Azarkeşlərimizə də minnətdarlığımızı bildiririk. Qalibiyyətimiz ədalətli idi".
- Premyer Liqada qalmağınızı möcüzə olmazsa, təmin etmisiniz. Bundan sonrakı matçlarda futbolçularınızı oyuna kökləməkdə çətinlik çəkəcəyinizi düşünürsünüzmü?
- Oyunçularımızı motivasiya etmək daha asan olacaq. Sabah "Qəbələ"nin keçirəcəyi oyunun nəticəsindən asılı olaraq Premyer Liqada qalmağımızı tam təmin etdikdən sonra gözəl futbol oynamağa, futboldan həzz almağa çıxacaqlar.
- Matçda zədələnən Dioqo Rollonun son vəziyyəti...
- Hazırda nəsə demək düzgün olmaz. Müəyyən müayinələrdən sonra zədəsinin hansı səviyyədə olduğunu biləcəyik.

https://qelebe.az//uploads/photo/jorj-kashkilya-i-liqadan-gelib-bu-qeder-xal-yigmaq-asan-deyil.webp