Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər - Əvəzedicilər Liqasında
Qurban Qurbanovun tərəfindən əvəzedici heyətə göndərilən "Qarabağ"ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar.
QELEBE.AZ xəbər verir ki, hər iki oyunçu XXIV turda keçirilən "Qarabağ-2" - "Zirə-2" matçında fərqləniblər.
Görüş "Qarabağ-2"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov daxili nizam-intizam qaydalarını pozduqları üçün əsas komandadan uzaqlaşdırılıblar.

https://qelebe.az//uploads/photo/abbas-huseynov-ve-elvin-ceferquliyev-ferqlendiler-evezediciler-liqasinda.webp