Meksika millisinin qapıçısı karyerasını bitirəcək

Meksika millisinin qapıçısı karyerasını bitirəcək

Meksika millisinin qapıçısı Qilyermo Oçoa qərarını verib.

QELEBE.AZ xəbər verir ki, o, karyerasını başa vuracaq.

Kiprin AEK klubunda çıxış edən 40 yaşlı qolkiper 2026-cı il dünya çempionatında iştirak edəcək. 

O, turnirdən sonra futbolla vidalaşacaq.

Qeyd edək ki, Oçoa Meksika millisində 152 oyuna çıxıb və 154 qol buraxıb.