Andrey Demçenko: “Bu, bizdə alınmır”
"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXIX turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
QELEBE.AZ xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Bu gün oyunumuz alındı. Birildik ki, rəqibimiz sürətli əks-hücumlara çıxır. Futbolda qayda var ki, qol vurmasan, sənə qol vuracaqlar. Bu da başımıza gəldi. Rəqib əks-hücumda fərqləndi. Böyük futbol xırda detallardan ibarətdir. Oyunun sonunda qələbə qolunu vurmağa imkanımız oldu, amma alınmadı. Son dəqiqələrdə həm qalib gələ bilərdik, həm də məğlub ola”.
- Komandaya gələndən sonra nələri dəyişə bildiz?
- İlk olaraq müasir futbolu tətbiq etmək istədik. Topla daha yaxşı davranan komanda qurmağa çalışırıq. Bəzən texniki olaraq zəifsənsə, nələrisə yaxşı edə bilmirsən. Bəzi üstünlüklərimiz ola bilər. Ammma texniki cəhətdən çatışmazlıqlar var.
- Avrokublara getmək şansınızın olduğunu düşünürsüz?
- Turnir cədvəli göstərir ki, o qədər də yaxşı yerdə deyilik. Amma hər oyun bizə müəyyən şans verir. Komanda futbol oynayanda xalla özü gəlir. Hələ ki bu, bizdə alınmır.
- Növbəti mövsüm üçün hansı mövqeləri gücləndirməyi düşünürsüz?
- Hazırda bu haqda danışa bilmərəm. Müqaviləm mövsümün sonunda başa çatır. Qarşıma avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Bunun üçün mübarizə aparırıq.

https://qelebe.az//uploads/photo/andrey-demchenko-bu-bizde-alinmir.webp