"Bavariya"da Noyerin taleyinə aydınlıq gəldi
"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Manuel Noyerlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, qolkiperlə razılıq əldə olunub.
Almaniyalı qapıçı daha bir il Bundesliqa nəhəngində qalacaq.
Noyerlə yeni anlaşmanın şərtləri razılaşdırılıb. Yaxın günlərdə 40 yaşlı qolkiperlə 1 illik yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin yayından "Bavariya"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 34 oyunda 33 qol buraxıb.

https://qelebe.az//uploads/photo/quotbavariyaquotda-noyerin-taleyine-aydinliq-geldi.webp